CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütov kənd əhalisinin həyatı təhlükə altındadır

© Sputnik / Niyatulla OrujovQubanın Qonaqkənd qəsəbəsi
Qubanın Qonaqkənd qəsəbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Quba sakinləri "həyacan təbili" çalırlar, səslərini isə eşidən yoxdur

BAKI, 24 okt — Sputnik. Qubanın ən qədim kəndlərindən hesab olunan Qonaqkənd Vəlvələ çayının vadisində yerləşir. Bu səbəbdən yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaradır.

Bakıda yağış - Sputnik Azərbaycan
HADİSƏ
Güclü yağış Bakıda 35 nəfərin həyatını təhlükəyə atıb

Lakin son günlər bu təhlükə daha da artıb. Vəziyyət o qədər kritikləşib ki, hətta bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən, Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərinini belə, sel yuyub. Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun Sputnik-ə verdiyi məlumata görə, son günlər yağan güclü yağış və əriyən qar nəticəsində çayın səviyyəsi xeyli qalxıb, evlərin hasarlarına çatıb və hətta həyətyanı sahələrə dolub.

Ən acınacaqlısı isə, selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

© Sputnik / Niyatulla OrujovQubanın Qonaqkənd qəsəbəsi
Qubanın Qonaqkənd qəsəbəsi - Sputnik Azərbaycan
1/6
Qubanın Qonaqkənd qəsəbəsi
© Sputnik / Niyatulla OrujovQubanın Qonaqkənd qəsəbəsi
Qubanın Qonaqkənd qəsəbəsi - Sputnik Azərbaycan
2/6
Qubanın Qonaqkənd qəsəbəsi
© Sputnik / Niyatulla OrujovQubanın Qonaqkənd qəsəbəsi
Qubanın Qonaqkənd qəsəbəsi - Sputnik Azərbaycan
3/6
Qubanın Qonaqkənd qəsəbəsi
© Sputnik / Niyatulla OrujovQubanın Qonaqkənd qəsəbəsi
Qubanın Qonaqkənd qəsəbəsi - Sputnik Azərbaycan
4/6
Qubanın Qonaqkənd qəsəbəsi
© Sputnik / Niyatulla OrujovQubanın Qonaqkənd qəsəbəsi
Qubanın Qonaqkənd qəsəbəsi - Sputnik Azərbaycan
5/6
Qubanın Qonaqkənd qəsəbəsi
© Sputnik / Niyatulla OrujovQubanın Qonaqkənd qəsəbəsi
Qubanın Qonaqkənd qəsəbəsi - Sputnik Azərbaycan
6/6
Qubanın Qonaqkənd qəsəbəsi
1/6
Qubanın Qonaqkənd qəsəbəsi
2/6
Qubanın Qonaqkənd qəsəbəsi
3/6
Qubanın Qonaqkənd qəsəbəsi
4/6
Qubanın Qonaqkənd qəsəbəsi
5/6
Qubanın Qonaqkənd qəsəbəsi
6/6
Qubanın Qonaqkənd qəsəbəsi

Niyatulla Orucov bildirir ki, sürüşmə nəticəsində keçmiş Atuş kəndinin ərazisində Vəlvələ çayının qabağı "boğulub" və çayın məcrası genişlənib, suyun da səviyyəsi qalxıb. Onun sözlərinə görə, son zamanlar qəsəbə sakinlərinin çoxu, selin qəsəbəni basması təhlükəsindən dolayı səksəkə içindədir.

"Hər an faicə baş verə bilər, camaat su içində qala bilər. Sentyabr ayının 2-si, 24-ü, 17-si, oktyabr ayının isə 13-ü, 15-i, 17-si çayın səviyyəsi artıq evlərə çatmışdı. Elə ilk təhlükə zamanı — sentyabr ayında mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqram vurdum. Onlar da teleqramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bir cavab məktubu gəldi. Hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur", — sakin bildirib.

Dediyinə görə, cavabdan ümumən belə başa düşmək olur ki, FHN hansısa tədbir görməyə tələsmir, daha doğrusu istəmir: "Elə bil biz A-dan danışırıq, onlar bizə B-dən nağıl danışırlar. Halbuki, təhlükə vəziyyətində yaşayırıq və dedyim kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halı, görünür onların veclərinə deyil".

"Yerli bələdiyyəyə də, Quba Rayon İcra Hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar hər dəfə "məsələdən məlumatlıyıq" cavabını verir. Gəlib baxıblar da. Amma deyirlər, onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır", — N. Orucov vurğulayıb.

O, camaatın konret istəyini də çatdırıb: "Bizim istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər. Ki, biz revimizdə rahat yaşaya bilək. Ya da bizi buradan köçürsünlər. Çünki bu vəziyyətdə, özü də payız-qış aylarında hər gün, hər saat həyacan içində yaşayırıq. Əgər bizim imkanımız olsaydı, özümüz nəsə bir tədbir görərdik, amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq".

Ümid edirik ki, bu yazıdan sonra müvafiq qurumlar, ən azından problemə laqeyd yanaşmayacaq, vəziyyət araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Əks halda, yaşanacaqları təsəvvür etmək lazımdır.

Xəbər lenti
0