SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və Kolinda Qrabar-Kitaroviç mətbuata açıqlama verib

© AZƏRTACAzərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub

BAKI, 24 okt — Sputnik. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub. Sputnik president.az-a istinadən xəbər verir ki, bunun da ardınca prezident İlham Əliyev və Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərə gəlib - Sputnik Azərbaycan
Xorvatiya prezidenti Azərbaycanda rəsmi səfərdədir

Xatırladaq ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Prezidentinə raport verdi. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Prezident İlham Əliyev və Prezident Kolinda Qrabar-Kitaroviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Xorvatiya Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Xəbər lenti
0