BAKI, 24 okt — Sputnik. Fransanın şimalında yerlәşәn Calais qaçqın düşərgəsi bu gündən etibarən boşaldılacaq. Mövcud vəziyyətə qaçqınlar etirazlarını bildirirlər.
Sputnik France24-ə istinadən xəbər verir ki, miqrantlar çadırları yandıraraq polisә daşla hücum ediblər. Öz növbəsində polis, nümayişçilәrә gözyaşardıcı qazla müdaxilә edib.
Fransa hökuməti qaçqınların bir neçә hәftә әrzindә ölkәnin müxtәlif bölgәlәrindәki mәrkәzlәrә yerlәşdirilmәsini planlaşdırır. Hökumətin açıqlamasında qeyd olunur ki, bәzi qaçqınlar digәr Avropa ölkәlәrinә göndәrilәcәk.