Çaylardakı mövcud vəziyyət açıqlandı

© Photo : STRGirdiman çayı
Girdiman çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub

BAKI, 24 okt — Sputnik. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-230, Kiçik Qafqazın çaylarında 140-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 250-390 faizini təşkil edir. Bu barədə Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.

Leysan - Sputnik Azərbaycan
Daha bir xəbərdarlıq: sel gəlir

Oktyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 192 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 125 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 135 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 111 m3/s təşkil edərək ongünlük normanın 121 faizinə bərabər olub.

Oktyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 18, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 15 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 546 sm (2015-ci il oktyabrın 24-də 376 sm), Salyanda 400 sm (2015-ci il oktyabrın 24-də 222 sm), Bankədə 283 sm (2015-ci il oktyabrın 24-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 260 sm (2015-ci il oktyabrın 24-də 100 sm) təşkil edir.

Xəbər lenti
0