Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vyanada Bəhram Bağırzadənin sərgisi keçiriləcək

© interazBəhram Bağırzadə
Bəhram Bağırzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Sərgidə Bəhram Bağırzadənin çəkdiyi karikaturalar və Bakının əks olunduğu fotolar nümayiş ediləcək.

BAKI, 24 okt — Sputnik.2016-cı ilin 7-18 noyabr tarixlərində Avstriyada Vyana Beynəlxalq Mərkəzinin (VBM) Sənətlər Klubunun prezidenti Raymond Naderin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin aparıcı əməkdaşı Bəxtiyar Siracovun vasitəçiliyi ilə Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü Bəhram Bağırzadənin yaradıcılığına həsr edilmiş sərgi keçiriləcək. 

Sərgidə B.Bağırzadənin çəkdiyi karikaturalar və Bakının əks olunduğu fotolar nümayiş ediləcək.

Sputnik Oxu.az-a istinadən xəbər verir ki, Vyana Beynəlxalq Mərkəzi üçün bu sərgi bir ilk olacaq. Belə ki, bu mərkəzdə indiyə qədər karikaturalardan ibarət sərgi keçirilməyib.

Bəhram Bağırzadənin VBM tarixində yeni səhifə açan karikaturaları, yaradıcılıq janrlarının məkanını genişləndirərək vyanalılara və mərkəzdə çalışan 100-dən çox ölkənin vətəndaşına müasir Azərbaycan incəsənətinin nailiyyətləri ilə tanış olmaq üçün unikal imkan yaradır.

Xəbər lenti
0