Ekspert: Azərbaycanın dünyada bazar payı təsiretmə dərəcəsində deyil
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, OPEK ölkələri və Rusiyanın sözlü müdaxilələri – müxtəlif bəyanat və görüşləri neftin qiymətinə pozitiv təsir göstərib: “Əlcəzair görüşündən sonra neftin qiyməti 11% artıb. Amma indi ciddi danışıqlar gedir. Burada əsas məsələ hasilatın kimin azaltmasıdır. Bir çox OPEK ölkələri hasilatın dondurulmasını imzalamaq istəmirlər”.
“Azərbaycan istəsə belə, hasilatı indiki səviyyədə saxlaya bilmir. Daxili problemlər – yataqların köhnə olması və çoxdan işlənilməsindən irəli gələrək hasilat azalır. Bu il təqribən gündəlik 20 min barel azalma müşahidə olunur, gələn il isə bu, 40 min barelə qədər arta bilər. Yəni Azərbaycan bu sazişə qoşulsa da, qoşulmasa da, hasilatı bugünki səviyyədə saxlaya bilməyəcək və biz getdikcə hasilatın azalmasını müşahidə edəcəyik”, — deyə o bildirib.