Onun sözlərinə görə, bu bəyanat dünya ictimaiyyətinə verilən açıq mesajdır: "Prezident İlham Əliyevin Sputnik beynəlxalq informasiya agentliyinə verdiyi müsahibəsini izlədim. Dövlət başçısının "Dağlıq Qarabağa muxtariyyət verilə bilər" bəyanatı dünya ictimaiyyətinə birbaşa mesajdır. Həmçinin də ermənilərin işğalçılıq düşüncələrinə son qoyulmasıdır".
"Yadınıza salım ki, Sovet dövründə Qarabağa ərazi muxtariyyəti verilmişdi. Bu, millətlərin öz müqəddəratını təyin etmə haqqında beynəlxalq konvensiyalara uyğundur. Bununla biz iki böyük problemi həll etmiş oluruq: işğal rejiminə son qoyulur, Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Və Qarabağda yaşayan ermənilərə də, öz müqəddəratını təyin etmə, yəni muxtariyyət statusu verilir. Bu Azərbaycan tərəfdən edilə biləcək ən böyük güzəştdir", — deyə F. İbrahimli bildirib.