Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əhali vəsaitləri "qara gün" üçün saxlayır və ya xaricə çıxarır

© Sputnik / Murad OrujovСтройка многоэтажных домов в Баку
Стройка многоэтажных домов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Camaat evlərin qiymətinin daha da aşağı düşməsini gözləyir.

BAKI, 24 okt — Sputnik. Lisenziyaları ləğv olunmuş bankların müştərilərinə kompensasiyalar ödənilən dövr ərzində MBA Ltd. konsaltinq şirkətinin əmlak məsələlərində ixtisaslaşan maklerlərinə cəmi bir müştəri müraciət edib. Bu barədə Sputnik-ə şirkətin baş direktoru Nüsrət İbrahimov məlumat verub.

Onun sözlərinə görə, lisenziyaları ləğv olunan bankların müştəriləri aldıqları kompensasiyanı daşınmaz əmlak almağa yönəltməyiblər.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildiriblər ki, lisenziyaları ləğv olunmuş 10 bankın əmanətçilərinə oktyabrın 20-dək ümumilikdə 527,259 mln manat ödənilib.
İbrahimovun sözlərinə görə, onun başçılıq etdiyi şirkət vasitəsilə indiyədək cəmi bir daşınmaz əmlak alqı-satqısı həyata keçirilib.

Dollar - Sputnik Azərbaycan
TƏHLİL
Dolların yenidən revanş götürməsinin səbəbini siz də bilin

"Ola bilsin ki, vətəndaşların əlində olan məbləğ sonuncu pullarıdır. Onlar belə görünür ki, pulları xərcləməyərək, daha yaxşı vaxtları gözləyirlər. Ya da daşınmaz əmlakın qiymətinin daha düşməsini gözləməkdədirlər ", — deyə İbrahimov qeyd edib.

Əlbəttə, kimin üçünsə alınan vəsaitlər sonuncu deyil. Lakin bu pullar da yəqin ki, mənzil şəraitinin yaxşılaşdırılmasına və ya daşınmaz əmlak alınmasına yönəldilməyəcək.

"İmkanları olanlar bu məbləğin hansısa hissəsini ölkədən çıxarırlar", — deyə ekspert bildirib.

Ekspert həmçinin daşınmaz əmlak qiymətlərinin tədricən artdığını da vurğulayıb. Belə ki, ilin əvvəlindən ilkin mənzil bazarında qiymətlər manatla 20%, son ayda isə 2,5% artıb. Dollarla qiymətlər ilkin mənzil bazarında ilin əvvəlindən 21% düşüb. Lakin son ayda 4%-lik artım qeydə alınıb.

"İlkin bazarda indi orta qiymət kvadrat metrə görə 760 dollardır, təkrar bazarda isə 1100 dollar", — deyə İbrahimov bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2016-cı ilin 9 ayının nəticələrinə əsasən mənzil tikintisinin templəri 1,205 milyon kvadrat metr təşkil edib.
2015-ci ildə bu göstərici 1,927, 2014-cü ildə isə 1,978 milyon kvadrat metr təşkil edib.

Xəbər lenti
0