BAKI, 23 okt — Sputnik. Bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andriyönü və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.