BAKI, 23 okt — Sputnik. Alimlər müəyyənləşdiriblər ki, ömrün uzunluğu insanın intellektindən asılıdır. Mütəxəssislərin tədqiqatlarına əsasən, təhsil səviyyəsi daha yüksək olan insanlar, xüsusən yaşlılar arasında ölüm göstəricisi aşağıdır.
Sputnik-in məlumatına görə, araşdırmala nəticəsində insan ömrü orta hesabla təxminən iki faiz artıb. Bu göstərici onların intellekt səviyyəsindən, o cümlədən bir çox amillərdən asılı olaraq dəyişir.
Almaniyanın Maks Plank adına Demoqrafik Araşdırmalar İnstitutunun elmi işçilərinin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, yüksək təhsilli insanlar, orta hesabla bir neçə il çox yaşayırlar. Mütəxəssislər bu fenomeni izah etməyə cəhd göstərərək bildiriblər ki, insanlar yüksək intellektləri və bundan əldə olunan maddi imkanların nəticəsində öz sağlamlıqlarını qoruya bilirlər.