Nazirlikdən Bakı sakinlərinə xəbərdarlıq

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
24-26 oktyabr tarixlərində gözlənilən hava şəraiti ilə bağlı paytaxtda yaşayan əhaliyə xəbərdarlıq edildi.

BAKI, 23 okt-Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Sputnik sözügedən Departamentə istinadla xəbər verir ki, oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 9-11°C isti təşkil edəcək.

Son günlər yağışla əlaqədar Bakıda və Bakı ətrafında yolların keçilməz olması, həyət evlərini su basması halları müşahidə olunub. Gözlənilən intensiv yağışla əlaqədar olaraq, nazirlik paytaxt əhalisini ehtiyatlı olmağa, müfaviq tədbirlər görməyə çağırır.

Xəbər lenti
0