Almaniyaya sığınmaq istəyən türk diplomatlara belə cavab verildi

© Photo : www.cducsu.deAlmaniya daxili işlər nazirinin müşaviri Günter Krings
Almaniya daxili işlər nazirinin müşaviri Günter Krings - Sputnik Azərbaycan
Abunə olmaq
Cavabı Almaniya daxili işlər nazirinin müşaviri Günter Krings verib.

BAKI, 22 okt – Sputnik. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən sonra Almaniyadan siyasi sığınacaq istəyən türk diplomatların sayları açıqlanıb. 

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Günter Krings məlumat verib.

Krings-in sözlərinə görə, Türkiyənin 35 diplomatı və onların ailə üzvləri siyasi sığınacaq almaq üçün Almaniya Federal Qaçqın və Köçkünlər Dairəsinə müraciət edib. 

“Siyasi sığınacaq istəyənlərin tələbləri federal məhkəmə tərəfindən dəqiqliklə araşdırılır. Qərar Almaniya və Türkiyənin də qoşulduğu Ekstradisiya haqqında Avropa Konvensiyası əsasında veriləcək”, — deyə Günter Krings bildirib.  

Xəbər lenti
0