Ekspert: Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır

© Photo : Facebook / vugar.bayramov.7Вугар Байрамов
Вугар Байрамов - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Bayramov: Bələdiyyələrin regionların inkişafına təsir imkanları çox məhduddur

Ekspert: Bu gün bələdiyyələr üçün ən ciddi problemlərdən biri, məhz onların maliyyə imkanlarının məhdud olmasıdır.
İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var: "Bələdiyyələr xeyli müddətdir ki, fəaliyyət göstərir, amma təəssüf ki, mövcud maliyyə imkanları onların hətta mövcud səlahiyyətlərindən belə, istifadə edilməsinə imkan vermir. Nəticədə bu gün bələdiyyələrin regionların inkişafına təsir imkanları xeyli məhduddur. Bu baxımdan bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var".  

Ekspert bildirib ki, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi maliyyə imkanlarından birbaşa asılıdır: "Amma bu gün bələdiyyələr üçün ən ciddi problemlərdən biri, məhz onların maliyyə imkanlarının məhdud olmasıdır. Əvvəllər yerli vergilərə fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üçün mədən vergisi, eyni zamanda, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi aid idi. Eyni zamanda, vergilərdə əlavə olaraq müəyyən ödənişlər var".

Xəbər lenti
0