BAKI, 21 okt — Sputnik. Türk ordusu dünən gecədən başlayaraq Suriyanın şimalındakı PYD-YPG hədəflərini bombalamağa başlayıb. Sputnik xəbər verir ki, rəsmi Ankara YPG silahlılarının Əl Bab şəhərinə tərəf irəliləməsi üzərinə Vaşinqtona nota verib və döyüşçülərin geri çəkilməsi üçün vaxt qoyub.
Qeyd edək ki, ABŞ rəhbərliyi türk tərəfinə dünən səhər bu barədə təminat versə də, YPG Əl-Baba tərəf irəliləyişini davam etdirib. Bunun üzərinə Türk hərbi hava qüvvələrinə məxsus F-16 döyüş təyyarələri kürd separatçı dəstələrini havadan bombalamağa başlayıb. Qəzetin xəbərinə görə, nəticədə 200-ə yaxın silahlı məhv edilib.