Hələbin kimin nəzarətində olduğu açıqlandı

© Photo : Rusvesna.su"Nüsrət Cəbhəsi"
Nüsrət Cəbhəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN: "Bütün silahlı qruplaşmalar "Nüsrət Cəbhəsi"nə tabedir"

BAKI, 21 okt — Sputnik. "Hələbdəki bütün silahlı qruplaşmalar birbaşa, ya bilavasitə "Nüsrət Cəbhəsi"nə tabedir". Sputnik rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Mövzu ilə bağlı XİN rəhbəri Sergey Lavrov şəxsən jurnalistlərə danışıb. O deyib ki, hal-hazırda Hələbdə mühasirədə qalan bütün silahlı qruplaşmalar "Nüsrət Cəbhəsi"nin tabeçiliyindədir.

Lavrov, həmçinin əlavə edib ki, o, 15 oktyabrda Lozannada keçirdiyi görüş zamanı qruplaşmaların adı əks olunmuş siyahını tərəfdaş ölkələrə təqdim edib: "Həmin qruplaşmaların siyahısını Lozannadakı görüşdə Amerika və region ölkələrinə verdik. Bizim məlumatlarımıza görə, Hələbin şərqində fəaliyyət göstərən bütün bu qruplaşmalar birbaşa və ya bilavasitə "Nüsrət Cəbhəsi"nə tabedir".

Xəbər lenti
0