Müdafiə naziri beynəlxalq konfransda iştirak edib

© Photo : mod.gov.azAzərbaycanın Müdafiə naziri Beynəlxalq Konfransda iştirak edib
Azərbaycanın Müdafiə naziri Beynəlxalq Konfransda iştirak edib - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri müzakirə edilib

BAKI, 21 okt — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

© Photo : mod.gov.azAzərbaycanın Müdafiə naziri Beynəlxalq Konfransda iştirak edib
Azərbaycanın Müdafiə naziri Beynəlxalq Konfransda iştirak edib - Sputnik Azərbaycan
Azərbaycanın Müdafiə naziri Beynəlxalq Konfransda iştirak edib

Müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri, həmçinin kibertəhlükəsizlik, təhdidlər və çağırışlara dair məsələlər müzakirə edilib.

Xəbər lenti
0