BAKI, 21 okt — Sputnik. İraqın şimalındakı Kərkük əyalətində terror aktı törədilib. Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, terror nəticəsində azı 16 nəfər dünyasını dəyişib.
Məlumata görə, İŞİD üzvü olan iki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özünü partladıb. Terrorçular əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən üzərlərindəki partlayıcını işə salıblar.
BMT-nin hesabatına əsasən, bu ilin sentyabrında İraqda mindən çox insan zorakılığın qurbanı olub, 1100 nəfər isə xəsarət alıb.