BAKI, 21 okt — Sputnik. İran dövlət televiziyası Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekinin İranın Xarici İşlər Nazirliyinə çağırıldığı barədə məlumat verib. Sputnik haberturk-ə istinadla xəbər verir ki, dövlət televiziyasının məlumatında deyilir: "Bölgədəki bir sıra proseslərlə bağlı bəzi Türkiyə rəsmilərinin işlətdiyi, həqiqətə uyğun olmayan ifadələrə görə, Türkiyə səfiri İran XİN-ə çağırılıb".
Xəbərdə Tehran rəhbərliyinin sərt etiraz formasında səfirə nota təqdim olunduğu qeyd edilib.