Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Dolların qiyməti qalxmaqda davam edəcək"

© Sputnik / Murad OrujovManat və dollar
Manat və dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "İdxal, xarici borc ödənişləri, dollarlaşma, neftin qiymətinin artmaması ölkəmizdə xarici valyutalara tələbi yenə də artıracaq"

BAKI, 21 okt — Sputnik. "Manatın möhkəmlənməsi bir neçə həftə davam edə bilərdi və əslində gözlənilən kimi də oldu. Bununla da, təxminən 1 aylıq möhkəmlənən manat, iqtisadi səbəblərdən dollara qarşı yenidən dəyər itirməkdədir".

Dollar-manat - Sputnik Azərbaycan
Dollar bahalaşdı

Sputnik xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov öz "Facebook" səhifəsində, dolların yenidən bahalaşmasının səbəblərini şərh edərkən yazıb. O, qeyd edib ki, dolların yenindən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi: "Çünki Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta intervensiyası uzun deyil, qısa müddətli dövr üçün səmərəli alətlərdir. Digər tərəfdən, neftin dünya bazarında qiyməti azalmağa başladıqdan sonra, 11 milyard dollardan artıq vəsait xərcləyən Mərkəzi Bankın, təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları da məhdudlaşıb. Daha çox Dövlət Neft Fondunun valyuta təkifləri üzərində prosesə müdaxilə etməyə çalışan Mərkəzi Bankın intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Ekspertin sözlərinə görə, bu il üçün, ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondunun isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi: "Amma büdcənin icrası ilə bağlı açıqlanan son rəqəmlər göstərir ki, heç də nəzərdə tutulan məbləğin hamısı büdcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarından etibarən 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib".

"Neft Fondu büdcə öhdəlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyil", — deyən Bayramovun sözlərinə görə, bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olsa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil.

O, dollara olan tələbatın artmaqda davam edəcəyini proqnozlaşdırır: "İdxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Borc öhdəlikləri ilə yanaşı, ilin sonuna doğru idxalın həcminin artacağı və eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq. Neftin dünya bazarındakı qiyməti də buna təsir göstərəcək".

"Neftin dünya bazar qiyməti, psixoloji təsirlərə baxmayaraq, hər barel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir. Bu baxımdan, xarici valyutaya artan tələb dolların möhkəmlənməsinin davam edəcəyini şərtləndirir", V. Bayramov fikrini yekunlaşdırıb.

Xəbər lenti
0