CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda əmək yarmarkası keçiriləcək

© Photo : arxiv.azƏmək yarmarkası
Əmək yarmarkası - Sputnik Azərbaycan
Abunə olmaq
Yarmarka "Karyerada ilk addım" devizi altında təşkil olunur

BAKI, 21 okt — Sputnik. Bakı Turizm Peşə Məktəbində "Karyerada ilk addım" devizi altında əmək yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yarmarka 28 oktyabr 2016-cı il, saat 10:00-da Azərbaycan Turizm və Menecment Universitetinin nəzdindəki Bakı Turizm Peşə Məktəbinin (8-ci mkr, Cəfər Xəndan küç, 17) zalında təşkil olunacaq.

Yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə, tələbə və məzunların əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə təşkil olunur. Burada ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və digər müvafiq müəssisələr öz vakansiyaları və karyera planları haqqında məlumatları təqdim edəcək.

Qeyd edək ki, maraqlanan şəxslər CV-ləri ilə birgə yarmarkada iştiraka edə bilərlər.

Xəbər lenti
0