Amerika əsgərlərinə dair sensasiyalı fakt ortaya çıxdı

© Photo : haberler.comMosulu İŞİD-dən azad etmə əməliyyatına qatılan ABŞ əsgərləri
Mosulu İŞİD-dən azad etmə əməliyyatına qatılan ABŞ əsgərləri - Sputnik Azərbaycan
Abunə olmaq
Mosul əməliyyatına qatılan, üzləri maskalı və peşmərgə paltarı geymiş döyüşçülərin amerikalılar olduğu bəlli olub

BAKI, 21 okt — Sputnik. Mosulu İŞİD-dən azad etmə əməliyyatına qatılan ABŞ əsgərlərinin peşmərgə forması geyib, üzlərini maska ilə gizlətdikləri ortaya çıxıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, İraqın Mosul şəhərini İŞİD-dən azad etmək üçün başladılan əməliyyatın beşinci günündə İraq regional kürd rəhbərliyinin hərbi gücü olan peşmərgə Başika, Navara və Tilskof olmaq üzrə üç bölgədə hücuma keçib.

Peşmərgə bir neçə saat davam edən qarşıdurmadan sonra Mosulun 15 km şimalında yerləşən strateji əhəmiyyətə sahib Navara kəndini ələ keçirib. Mosula doğru irəliləyən İraq ordusu isə şəhərin şərq qapısı sayılan Bartillada nəzarəti ələ alıb.

Üzləri maskalı peşmərgə forması geyənlərin ABŞ əsgəri olduğuna dair şəkillər ortaya çıxıb. Belə ki, şəkilləri çəkilərkən onlardan biri ingilis dilində çox sərt şəkildə deyib ki, "bu şəkillərin heç birini yaymayacaqsınız".

Kəndlərdə döyüş gedən zaman bir bomba atılıb. Bir peşmərgə "Türk birliyi atdı" deyib. Yanındakı digər peşmərgə "No Türki" deyib.

ABŞ Mosul əməliyyatında ilk itkisini verib. Adı açıqlanmayan bir əsgərin bombalı hücumda yaralandığı və daha sonra öldüyü qeyd edilib. Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı bildirib ki, əməliyyat başlayandan bəri cəmi 5 min 640 adam köç edib.

Xəbər lenti
0