Marketinq mütəxəssis Ramil Cabbarov
Azərbaycanda reklamı qadağan olunan xüsusi nəzarətdə olan xidmət və mallara tütün məmulatları, tibb xidmətləri, qumar oyunları və dərman vasitələri aiddir. Bunu marketinq mütəxəssisi Ramil Cabbarov bildirib.
“Bəzən reklamlar çox effektiv olur, lakin onun istehlakı ilə bağlı müştərilər məlumatsız olurlar. Bu da öz mənfi təsirini göstərir. Həkimlər dərman vasitələrinin istifadəsi ilə bağlı xüsusi təlimatlar verməlidirlər ki, onlar hansı aralıqda və necə istifadə olunmalıdır. Bəzi dərman vasitələrini o qədər güclü reklam edirlər ki, insanlar onları reseptsiz qəbul etməyə başlayırlar və bu nəzarətdən çıxır”, — deyə o bildirib.