BAKI, 21 okt-Sputnik. İraqın Dakuk şəhərinə səhvən endirilən hava zərbəsi nəticəsində 20 nəfər ölüb, 45 nəfər yaralanıb.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, daha əvvəl 15 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirildi.
Məlumata əsasən, hava zərbəsini beynəlxalq koalisiyaya məxsus təyyarələr səhvən endiriblər. "Əl-Məyədin" telekanalının xəbərinə görə, təyyarələr ABŞ-a məxsus olub.
Havadan zərbəyə məruz qalan insanların mülki əhali olduğu bildirilir.