Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaz sızması bir ailənin faciəsinə səbəb oldu

© AFP 2024 / Sergei SupinskyYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Ailə üzvlərindən biri hadisə yerində dünyasını dəyişib, üçünün isə vəziyyəti ağırdır

BAKI, 20 okt — Sputnik. Abşeron rayonunun Hökməli qəsəbəsindəki yaşayış evində dəhşətli partlayış baş verib. Evin yaxınlığından keçən, yeni çəkilmiş qaz xəttindəki sızma nəticəsində mənzilin zirzəmisinə qaz dolub.

Женский труп в морге. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Göyçayda mənzildə partlayış baş verib, bir nəfər dünyasını dəyişib

Oktyabrın 20-si səhər saat 05 radələrində evin xanımı Şəbruz Novruzova namaz qılmaq üçün ayağa qalxarkən mətbəxin işığını yandırıb. Bu vaxt evin zirzəmisinə dolan qaz partlayışa səbəb olub. Ev tamamilə dağılıb.

Məlumata görə, ev sahibi Müşfiq Qurbanov "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşıdır. Evin xanımı Ş.Novruzova isə N.Tusi adına klinikada həkim işləyir. Hadisə nəticəsində ağır yanıq xəsarətləri alan ev sahibi, 44 yaşlı M.Qurbanov, onun həyat yoldaşı 44 yaşlı Ş.Novruzova və övladları — 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər, 3 yaşlı Banıçiçək Qurbanlı isə dünyasını dəyişib.

Baş vermiş partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır. Bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, yaralılar hazırda reanimasiya şöbəsindədir: "Hökməli qəsəbəsindəki partlayışla bağlı 3 nəfər — 1972-ci il təvəllüdlü Müşfiq Qurbanov, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri ilə şöbəyə daxil olublar. Hazırda hər üçünün vəziyyəti ağırdır. Müşfiq Qurbanovun bədəninin 80 faizi, Şəbruz Novruzovanın bədəninin 80 faizi, Leyla Qurbanlının bədəninin isə 40 faizi yanıb. Hazırda xəstələrə lazım olan bütün tibbi yardımlar edilir".

Xəbər lenti
0