CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qlobal iqlim dəyişikliyi ərzaq qıtlığı yaradıb

© Photo : KTNÜmumdünya Ərzaq Gününə həsr olunmuş tədbir
Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Süleymanov: "Dəyişiklik torpaqların şoranlaşmasına, əkinə yararlı torpaqların, həmçinin ərzaq məhsullarının istehsalının azalmasına gətirib çıxarıb"

BAKI, 20 okt — Sputnik. Ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas problemlərdən biri iqlim dəyişikliyi ilə bağlıdır. İqlim dəyişikliyi ilə əlaqədar yaranan fəlakətlərdən ən çox əziyyət çəkən isə fermerlərdir. Məhz buna görə də, builki Ümumdünya Ərzaq Gününün mövzusu "İqlim dəyişir: ərzaq və kənd təsərrüfatı da dəyişməlidir" seçilib.

Bu fikirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasında, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə səsləndirilib. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, DBXN-nin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə geniş məlumat verib.

Onun sözlərinə görə, dünyada baş verən iqlim dəyişikliyi torpaqların şoranlaşmasına, əkinə yararlı torpaqların, həmçinin ərzaq məhsullarının istehsalının azalmasına gətirib çıxarıb: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb".

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, artıq 177 dövlət İqlim Dəyişikliyi üzrə Paris razılaşmasını imzalayıb. O, iqlim məsələləri həll olunmadan sıfır aclığa nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb.

© Photo : KTNÜmumdünya Ərzaq Gününə həsr olunmuş tədbir
Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir - Sputnik Azərbaycan
Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir

Tədbirdə "İqlim dəyişikliyi və kənd təsərrüfatı", "Azərbaycanda kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması çağırışları" və "Heyvan sağlamlığına iqlim dəyişikliyinin təsiri" mövzularında təqdimatlar keçirilib. Eyni zamanda, tədbirdə iştirak edən 283 saylı orta məktəbin şagirdləri üçün Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə səfər təşkil olunub.

Xəbər lenti
0