ELM

Hazırkı ekranlar kağızla əvəz ediləcək

© AZƏRTACRəngli elektron kağız
Rəngli elektron kağız - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər mikrometrdən də az qalınlığı olan rəngli elektron kağız hazırlayıblar.

BAKI, 20 okt — Sputnik. İsveçin Çalmers Universitetinin tədqiqatçıları Andreas Dalin və Kun Li Sun mikrometrdən də az qalınlığı olan rəngli elektron kağız hazırlayıblar. Kağız funksiyalarına görə LED-ekranlarla oxşar olsa da, adi planşetdən on dəfə az enerji sərf edir.

Dalinin sözlərinə görə, rəngli kağız Kindle planşetinin ekranını xatırladır. O, ənənəvi ekranlar kimi işıqlanmır, lakin xarici işığı daha tez əks etdirdiyindən kifayət qədər işıqlandırma olduqda yaxşı işləyir. Bu da kağızı qaranlıqda daha təsirli olan işıq diodu ekranlarından fərqləndirir.

AZƏRTAC xəbər verir ki, hər şey polimerlərin əks olunan işığın miqdarına nəzarət etmək qabiliyyətindən asılıdır. Bütün səthi örtən polimerlər ekran vasitəsilə elektrik siqnallarını keçirir və yüksək ayırdetmə dəqiqliyinə malik təsvir yaradır.

Artıq bir neçə piksel nümunəsi sınaqdan keçirilib. Alimlər qırmızı, göy və yaşıl rənglərdən istifadə ediblər ki, onlar da LED-ekranlarda olduğu kimi qalan digər rəngləri birlikdə təşkil edirlər. Hazırda tədqiqatçılar ekranın bütün səthini örtəcək piksellərin hazırlanması ilə məşğuldurlar. A.Dalin hesab edir ki, elektron kağız əsasında ekranlar yaxşı işıqlandırılmış ictimai yerlərdə məlumatlar, göstəricilər və informasiya ekranlarının təsviri üçün nəzərdə tutulmuş tablolarda tətbiq edilə biləcək.

Xəbər lenti
0