ELM

Azərbaycan və Dağıstan universitetləri arasında saziş imzalanıb

© Photo : ATUDağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub və ali məktəbin rəhbər heyəti ilə görüşüb
Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub və ali məktəbin rəhbər heyəti ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Rektor: "Müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır"

BAKI, 19 okt — Sputnik. Bu gün Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub və ali məktəbin rəhbər heyəti ilə görüşüb. Bu barədə ATU-nun mətbuat xidmətindən Sputnik-ə məlumat veriblər.

UNEC “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirib - Sputnik Azərbaycan
ELM
UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında razılaşması əldə edilib

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb: "Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Çünki müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbləri maraqlandıra bilmir, onlara daha çox praktiki bilgilərin verilməsi lazımdır. Bu səbəbdən ATU-da tədris sistemində daim islahatlar aparılır, fəaliyyət daha da təkmilləşdirilir".

© Photo : ATUATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb
ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb - Sputnik Azərbaycan
ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Dağıstan Dövlət Tibb Akademiyasının rektoru professor Süleyman Mammayev əvvəlcə Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək ölkəmiz haqqında düşüncələrini açıqlayıb. Onun sözlərinə görə, son illər Azərbaycanda hər bir sahədə nəzərə çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verib. Bu islahatlar özünü təhsil və səhiyyə sistemində də göstərir.

Rəhbərlik etdiyi müəssisə haqqında məlumat verən S.Mammayev Dağıstan Dövlət Tibb Akademiyasında 6 minə yaxın tələbənin təhsil aldığını bildirib. Universitetin klinikalarını və xüsusilə də Anatomiya muzeyini bəyəndiklərini bildirən qonaq qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini deyib.

Görüşün axırında ATU və Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Xəbər lenti
0