BAKI, 19 okt — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, sözügedən telefon danışığına dair bu gün Türkiyə Prezidenti mətbuata açıqlama verib.
"Cənab Putin bizdən xahiş etdi ki, Hələb şəhərindən "əl-Nüsra" cəbhəsi döyüşçülərinin çıxarılmasına yardım edək. Biz də bu istiqamətdə dostlarımıza təlimat verdik. "əl-Nusra"nın Hələbdən çıxarılması üçün ciddi proses başlatdıq", — Ərdoğan deyib.