BAKI, 19 okt — Sputnik. Bakı şəhərində bəzi yollarda sıxlıq müşahidə olunur. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik-ə bildirib ki, bu gün saat 12:00-a olan məlumata görə, şəhərin bir sıra küçələrində sıxlıq müşahidə olunur.
Bunu nəzərə alaraq, qurum təmsilçisi vətəndaşlardan Tbilisi prospekti (şəhər istiqistiqamətində), 28 May küçəsi və Akademik Həsən Əliyev küçəsi istiqamətlərdən, mümkün qədər az istifadə etmələrini xahiş edib.