BAKI, 19 okt-Sputnik. Avropanın cənub rəsədxanasının alim-astronomları partlayışı Yer kürəsini məhv edəcək Eta Carinae adlı nəhəng ulduzun yeni fotolarını əldə ediblər.
Şəkillərdən göründüyü kimi, bu qeyri-adi ulduz ikili sistemdən — 120-150 Günəşin çəkisinə bərabər olan nəhəng ulduzdan və kütləsi bizim dünyadan 30-80 dəfə böyük olan peykdən ibarətdir.
Sputnik xarici KİV-lərə istinadla xəbər verir ki, yeni əldə olunmuş şəkillərin sayəsində alimlər sistemin mərkəzində "böyük" və "kiçik" ulduzların arasında qeyri-adi sahə görüblər. Burada ulduz küləklərinin toqquşması baş verir ki, bu da qeyri-adi "burulğana" səbəb olur.
Mütəxəssislər ehtiyat edirlər ki, bu ulduzun partlamasından sonra səma Veneradan daha aydın şəkildə görünəcək. Və bu baş verəndən sonra Yer kürəsi ətrafında yerləşən bütün peyklər məhv olacaq, Yerin ozon təbəqəsi dağılacaq və nəticə planetimizi fəlakətə gətirib çıxaracaq.
Qeyd edək ki, alimlər Eta Carinae-nin dəqiq təsvirlərini nəhəng Very Large Telescope (VLT) teleskopunun köməyi ilə əldə ediblər. Sözügedən teleskop 4 köməkçi teleskopdan ibarətdir.