Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Səudiyyə Ərəbistanı neftin taleyinə aydınlıq gətirdi

© news.ngsSəudiyyə Ərəbistanı - neft
Səudiyyə Ərəbistanı - neft - Sputnik Azərbaycan
Abunə olmaq
Xalid bin Əbdüləziz əl-Faleh: Biz neft sənayesinin böyük tənəzzülünün son mərhələsindəyik.

BAKI, 19 okt-Sputnik. Neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir.

Sputnik-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid bin Əbdüləziz əl-Faleh "Oil&Money" konfransında çıxışında bildirib.

Əl-Faleh deyib ki, OPEC-in üzvü olmayan bir çox ölkələr neft hasilatını nəinki dondurmaq, həm də azaltmaq barədə razılığa gəliblər. Amma o, söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.
Nazir onu da bildirib ki, "kartelin üzvləri kollektiv hərəkət etsə", OPEC neft bazarına uzun müddət sabitləşdirici təsir göstərə bilər.

Çinin neftə olan tələbatının azalmadığını vurğulayan nazirin fikrincə, dünya neft bazarında böyük tənəzzül başa çatmaq üzrədir:

"Biz neft sənayesinin böyük tənəzzülünün son mərhələsindəyik".

Əl-Faleh hazırda bazarın müvazinətini aydın surətdə bərpa etdiyini bildirib.

Xəbər lenti
0