Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Putin Suriyanı öz vətəni kimi müdafiə edir

© AP Photo / via Iranian Presidency OfficeSuriya parlamentinin sədri Hədiyə Abbas
Suriya parlamentinin sədri Hədiyə Abbas - Sputnik Azərbaycan
Abunə olmaq
Suriya parlamentinin sədri: Türkmənlər Suriya xalqının ayrılmaz hissəsidir.

BAKI, 19 okt-Sputnik. «Biz həmişə inanmışıq və bilmişik ki, Rusiya bizimlə olacaq, bizə dəstək verəcək, öz milli maraqlarına və Suriyanın milli maraqlarına uyğun olan mövqe tutacaq"

Bunu Sputnik-ə verdiyi müsahibədə Suriya parlamentinin sədri Hədiyə Abbas 30 sentyabrda Rusiya Hava-kosmik Qüvvələrinin Suriyada antiterror əməliyyatlarına başlamasının birinci ildönümü ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, Suriya-Rusiya əlaqələrinin ömrü onilliklərə bağlıdır və bu inkişaf etməkdə davam edəcək.

Hədiyə Abbasın sözlərinə görə, Rusiya hər zaman aqressiyaya məruz qalanların, əzilənlərin tərəfindən çıxış edir. Bununla da göstərir ki, beynəlxalq arenada Rusiya kimi avtoritetin olması şübhə doğurmur və Rusiyanın maraqlarını rədd etmək olmaz.

Suriya - Sputnik Azərbaycan
Suriya-Türkiyə sərhədi qana boyandı
«Biz bütün məsələlərdə Rusiyaya etibar edirik. Biz görürük ki, Rusiyanın xarici işlər naziri cənab Lavrov Suriyanın maraqlarını necə öz ölkəsinin maraqları kimi müdafiə edir. Rusiya prezidenti Suriyanı öz ölkəsini müdafiə edirmiş kimi müdafiə edir. Bizim dostluğumuz və hərbi qardaşlığımız bizim müdafiəçilərimizin, döyüş meydanlarında ölmüş qəhrəmanlarımızın qanı ilə bağlıdır. Əlbəttə bizim əlaqələrimiz indi olduğundan başqa cür də ola bilməz. Bizim vahid məqsədimiz, bütün bəşəriyyəti təhdid edən şərə qarşı vahid cəbhəmiz var" — deyə Abbas bildirib.

Suriyanın qonşusu Türkiyədən tez-tez eşidirik ki, Suriya hakimiyyəti türkmənlərin timsalında ölkədəki milli azlıqların hüquqlarını qorumur. Hədiyə Abbas məsələnin bu cür qoyuluşu ilə razılaşmır. O, qeyd edib ki, Suriya hakimiyyətinin və ordusunun türkmənlərə münasibətdə yeritdiyi siyasətə dair Türkiyənin bəyanatları həqiqəti əks etdirmir.

«Türkmənlər Suriya xalqının ayrılmaz hissəsidir. Türkiyə hakimiyyətinin danışdıqları təbliğatdan, Türkiyə hakimiyyətinin Suriyaya qarşı apardığı informasiya müharibəsindən başqa bir şey deyil. Sözsüz ki, bu, ABŞ və onların digər regional müttəfiqlərinin iştirakından kənarda baş vermir. Onlar belə bəyanatlarla Suriyanı, onun hakimiyyətini və ordusunu yalançı cinayətlərdə ittiham edərək beynəlxalq ictimaiyyətin gözündən salmağa çalışırlar. Suriya hakimiyyəti həmişə türkmənləri və ölkənin digər sakinlərini Suriya vətəndaşları kimi sayıb və bu belə də davam edir.  Biz heç vaxt ölkənin etnik və dini qruplarına qarşı diskriminasiya siyasəti həyata keçirməmişik və keçirmirik. Bu, türkmənlərə də aiddir. Türkmənlər ölkənin bütün digər çoxmillətli və çoxdinli xalqları ilə bərabər şəkildə ölkənin dövlət və hakimiyyət strukturlarında təmsil olunublar." — deyə Abbas əlavə edib.

Xəbər lenti
0