Mətbuat xidməti rəhbəri: Qurbağa ətindən yerli restoranlar da istifadə edirlər
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, Azərbaycanda qurbağa əti istehsal edən ferma yaradılıb: “Bizim ağız dadımıza xas olmasa da, Avropada, xüsusilə Fransada daha çox sevilən qurbağa ətinin istehsalına və Fransaya ixracına başlanıb. Qısa müddətdə artıq Fransaya 2 ton məhsul ixrac olunub”.
“Qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir. Bu, qidalanma üçün istifadə olunan qurbağa növüdür. Onlar xüsusi bəslənir və sonra kəsilərək ixrac edilir”, — deyə o bildirib.