Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İki ağır xəstəliyin öhdəsindən təkbaşına gələn adam

Abunə olmaq
Velosiped idmanı və piyada yerişlə gündən-günə özünəinamı artıran Abid İsmayılov 64 yaşında ölkədaxili ilk velosiped turuna çıxıb.

Şəkərli diabet və qan təzyiqindən əziyyət çəkən Mingəçevir sakini, bu xəstəliklərdən xilas olmaq üçün özünəməxsus bir müalicə üsulu seçib. O, heç bir dərman vasitəsindən istifadə etmədən, yalnız idman və pəhrizlə sağlamlığını qorumağa nail olub.

Hazırda isə 67 yaşlı səyahətçinin velosipedlə gəzdiyi ölkələr siyahısında İran, Gürcüstan, Türkiyə və Rusiya əraziləri yer alır. O, növbəti — beşinci veloturunu, viza almaq mümkün olsa, Avropa ölkələrinə təşkil etmək arzusundadır.

Xəbər lenti
0