BAKI, 18 okt — Sputnik. "Bu həftə İraqdan Türkiyəyə nümayəndə heyəti gələcək". Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
"İraqlı rəsmilər ən geci həftənin sonunadək Ankarada olacaqlar. İraqın şimalındakı Başika hərbi bazası ətrafında yaranan problemi danışıqlar yolu ilə həll etmək üçün iki tərəfdə də iradə var", — Çavuşoğlu bildirib.
Qeyd edək ki, rəsmi Bağdad hökuməti Türkiyədən Mosul yaxınlığındakı Başikadan hərbçilərini çıxarmağı tələb edir. Ankara isə türk əsgərlərinin sözügedən bazada beynəlxalq hüquq normaları çərçivəsində qaldığını iddia edir.