BAKI, 18 okt — Sputnik. "Qış mövsümündə Azərbaycanda əhalinin qazla təminatında problemlər olmayacaq". Trend xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, qazın verilişində qış rejiminə keçid noyabrın 1-dən həyata keçirilir: "Keçidə hazırlıq prosesi isə həmin tarixdən 15 gün əvvəl start götürür. Bir neçə gündən sonra buna tam hazır olacağıq. Son günlər bəzi rayonlarda qazın verilişinin səviyyəsinin zəif olmasına gəlincə, bu, havanın soyumasına görə qaz istehlakının artması ilə əlaqədardır".