Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Cəbiş müəllim Azərbaycanın Dövlət Müstəqilliyi günündən danışır

Abunə olmaq
"Cəbiş müəllim" layihəsi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü barədə mövzu ilə davam edir.

Azərbaycanın Dövlət Müstəqilliyi günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Hər il 18 oktyabrda qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

 

Xəbər lenti
0