CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yağış suları problemini necə həll etməli?

Abunə olmaq
19 oktyabr, saat 12:00-da "Bakıda yağış suları problemini necə həll etməli?" mövzusunda mətbuat konfransı keçiriləcək

Bazar ertəsi, oktyabrın 17-dən başlayan leysan yağışlar Bakıda yağış suları sistemi məsələsini növbəti dəfə gündəmə gətirib. Məlumdur ki, leysan yağan zaman sular tunellərə və şəhərin düz yerlərinə dolur. Bu da şəhərdə müxtəlif qəzaların və kilometrlərlə məsafədə tıxacın yaranmasına səbəb olur ki, yol polisi hərəkəti tənzimləyə bilmir. Son günlər yağan yağışların yol infrastrukturuna təsiri və bu problemlərin həlli yolları barədə "Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədov danışacaq.

Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0