CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın tıxac yaşanan küçələri açıqlandı

© Sputnik / Khalid MammadovYağış
Yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyi şəhərdə müşahidə olunan avtomobil sıxlığının səbəblərinə aydınlıq gətirib

BAKI, 18 okt — Sputnik. "Hava şəraiti ilə əlaqədar olaraq bəzi yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir". Bu haqda Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik-ə məlumat verib.

O bildirib ki, sıxlıq Koroğlu Rəhimov küçəsində (Prezident iqamətgahı istiqamətində), Moskva prospektində (20 Yanvar dairəsi istiqamətində), Tbilisi prospektində (şəhər istiqamətində), Yusif Səfərov küçəsində (Neftçilər xəstəxanasının qarşısında), Afiyəddin Cəlilov küçəsində, Ziya Bünyadov prospektində (Çermet körpüsünün üstündə) müşahidə olunur.

Xəbər lenti
0