Politoloq: İŞİD-in infrastrukturu yaxın zamanda dağıla bilər

© Sputnik / Fuad HasanovPolitoloq Tofiq Abbasov
Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Bölgədəki durum köklü sürətdə yaxşıya doğru dəyişəcək

Tofiq Abbasov: Türkiyə Mosulun azad edilməsi ilə bağlı öz marağını gizlətməyib
İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad oluması uğrunda əməliyyat başlayıb. Politoloq Tofiq Abbasov deyir ki, Türkiyə Mosulun azad edilməsində maraqlıdır: “Hətta R.T.Ərdoğan bildirmişdi ki, Türkiyə öz köməyini əsirgəməyəcək və bu azadetmə əməliyyatında o da iştirak etməyə qadirdir. Lakin son günlər İraq və Türkiyə hökumətləri arasında yaşanan gərginliklər səbəbindən İraq sırf öz gücündən istifadə etdi. İndi əməliyyata start verilib. Lakin Türkiyə maraqlıdır ki, onun cənub sərhədləri boyunca “İslam Dövləti” və digər böyük gücə malik terror qruplaşmalarının dayaq nöqtələri olmasın və elə Mosul ətrafında da onların hərbi bazaları dağıdılsın”.

“Əgər Mosul ən yaxın zamanda terrorçulardan azad edilərsə və nüfuzlu dövlətlər bunlara qarşı sərt və barışmaz mövqe tutarsa, bütün bu terror şəbəkəsinin infrastrukturu yaxın zamanda dağıla bilər”, — deyə o bildirib. 

Xəbər lenti
0