Görün avstraliyalı deputatlar Azərbaycan haqqında nə deyiblər

© Asim Mollazadə/Facebook / Mediabanka keçidAzərbaycanlı deputatlar - Asim Mollazadə, Səməd Seyidov və Xanlar Fətiyev Avstraliya parlamentində
Azərbaycanlı deputatlar - Asim Mollazadə, Səməd Seyidov və Xanlar Fətiyev Avstraliya parlamentində - Sputnik Azərbaycan
Abunə olmaq
Asim Mollazadə Avstraliyada Azərbaycanın müstəqillik günü ilə bağlı tədbirdə çıxış edib

BAKI, 18 okt-Sputnik. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Avstraliyada Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar keçirilən təntənəli mərasimdə iştirak edib.
DİP-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, millət vəkili Azərbaycanın müstəqilliyindən, bugünkü dünya üçün çox aktual olan tolerantlığından, multikultural ənənələrindən bəhs edib.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avstraliyanın Pert şəhərində qeyd edilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev çıxış ediblər.

Onlar Azərbaycanın 25 il əvvəl bərpa edilən müstəqilliyinin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdəki rolundan danışıblar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat veriblər.

Tədbirdə Avstraliya parlamentinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjat çıxış edərək ölkəmiz haqqında xoş sözlər deyiblər. Mərasimdə Azərbaycan haqqında geniş məlumat verən Hammond deyib ki, bu ölkə öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolu oynayır:

"Azərbaycanın gözəl tolerantlıq ənənələri var. Odlar diyarında insanlar dinindən, millətindən asılı olmayaraq əsrlər boyu mehriban, dostluq, əmin-amanlıq şəraitində yaşayıblar."

Mərasimdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusunun nümayəndələri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın millət vəkilləri Qərbi Avstraliya Evinin və Qərbi Avstraliya Senatının spikerləri ilə görüşüblər.

Xəbər lenti
0