BAKI, 17 okt — Sputnik. Yunanıstanın baş naziri Aleksis Çipras yenidən "Syrıza" partiyasının rəhbəri seçilib. Sputnik Milliyet-ə istinadən xəbər verir ki, Çipras partiyanın fövqǝladǝ konqresində 92,4% sǝs toplayıb.
Koalisiya hökumǝtinin əsas təmsilçisi "Syrıza" partiyasının 2-ci fövqǝladǝ konqresindǝ 2 min 758 nümayǝndǝ sǝs verib. Bir neçə gündür davam edǝn konqresdǝ sol partiyaların Avropadakı gələcəyi və miqrant böhranı kimi mövzulara da toxunulub.