BAKI, 17 okt — Sputnik. İŞİD terrorçularının Türkiyə ərazisinə raket zərbələri endirməsi təhlükəsi artıq aradan qalxıb. Sputnik Trthaber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından açıqlama verilib.
Məlumata görə, "Fərat qalxanı" əməliyyatı çərçivəsində Suriyanın Hələb əyalətinin şimalındakı Mare şəhərinə bağlı doqquz qəsəbə Azad Suriya Ordusunun nəzarətinə keçib.
Xatırladaq ki, Türkiyə Suriya ilə sərhəddə təhlükəsiz zona yaratmaq məqsədilə avqustun 24-də hərbi əməliyyata başlayıb və Suriyaya zirehli texnika və əsgər yeridib.