BAKI, 17 okt — Sputnik. İraqın Mosul vilayətinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-İbadi rəsmi məlumat verib.
Baş nazir dövlət televiziyası ilə çıxışında Mosulun İŞİD terror qruplaşmasından təmizlənməsi əməliyyatının başladığını, Mosul şəhərinə yalnız İraq ordusu və polisinin daxil olacağını bildirib.