ELM

Xeopsun piramidasında sirrli otaq tapılıb

© AP Photo / Lefteris PitarakisMisir ehramları, arxiv şəkli
Misir ehramları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq ScanPyramids layihəsində iştirak edən alimlər Xeopsun piramidasının içində iki anomaliya aşkarlayıblar.

BAKI, 17 okt-Sputnik. Beynəlxalq ScanPyramids layihəsində iştirak edən alimlər Xeopsun piramidasının içində iki anomaliya aşkarlayıblar.

Sputnik xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Discovery News məlumat yayıb.

Ötən il start götürən ScanPyramids layihəsi çərçivəsində alimlər qədim Misir piramidalarının daxilinin strukturunun surətlərini çıxarıblar. Onlar bu piramidaların necə tikildiyini müəyyən etmək üçün onun daxili quruluşunun şəkillərini əldə ediblər.

Antarktidada buz piramidalar - Sputnik Azərbaycan
ELM
Antarktidada qədim sivilizasiyaya aid piramidalar tapıldı
Alimlər bir il içərisində Giza yaylasındakı Xeops və Xefern piramidalarının surətlərini çıxara biliblər. Eyni zamanda onlar Daxşurda yerləşən Loman piramidasının və Qırmızı piramidanın da surətlərini çıxarıblar. 

Bu qədim qurğuları tədqiq edərkən alimlər infraqırmızı termoqrafiyadan, 3D bərpa texnologiyalarından istifadə ediblər. Bu barədə Paris İrsin İnnovativ Qorunması İnstitutunun qurucusu Mehdi Təyyubi deyib.

Təyyubinin bildirdiyinə görə, tədqiqat Xeopsun ehramında iki anomaliyanı üzə çıxarıb. Alimlər mülahizə irəli sürürlər ki, bu, indiyə qədər məlum olmayan gizli otaq və dəhlizlərdir.

Belə anomal zonalardan biri ehramın şimal hissəsində, digəri isə şimal-şərq sektorundadır. Bu boşluqlar bir-biriləri ilə əlaqəli deyil. Alimlər qeyd edirlər ki, boşluqlardan biri formaya görə yuxarı qalxan dəhlizə oxşayır.

İndi alınan nəticələr laboratoriya şəraitində öyrəniləcək. Mütəxəssislər ümid edirlər ki, tətbiqi modelləşdirmə onlara Xeopsun piramidasındakı anomaliyanın sirrini açmaqda yardım edəcək.

Xəbər lenti
0