BAKI, 17 okt-Sputnik. "Virgin America" şirkəti "First Class" adlanan idman ayaqqabılarının yeganə nümunəsini təqdim edib.
Sputnik-in xarici KİV-ə istinadla verdiyi məlumata görə, fərqli dizayna malik bu ayaqqabılar italyan dərisindən hazırlanıb və təhlükəsizlik kəmərləri ilə təchiz olunub.
Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabıda yerləşdirilən rəngli kiçik ekranda videoya baxmaq mümkündür. Ekran ayaqqabının daxilinə yerləşdirilən, üç saatadək enerji təmin edə bilən batareya hesabına işləyir.
Belə ki, "First Class" ayaqqabıları müxtəlif cihazları enerji ilə təmin etmək üçün USB girişə, interneti təmin etmək üçün "Wi-Fi router"ə malikdir.
"Virgin America" şirkətindən bildirilib ki, oktyabrın 23-də hərraca çıxarılacaq ayaqqabıdan əldə olunacaq vəsait xeyriyyəçilik üçün xərclənəcək.