BAKI, 16 okt — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası oynanılıb. Teatrın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyev, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində rolları xalq artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Füzuli Hüseynov, Mehriban Xanlarova, Dilarə Əliyeva, Almaz Amanova, Sənubər İsgəndərli, Ayşad Məmmədov, İlham Hüseynov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Ramin Şixəliyev, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov ifa edir.
Qeyd edək ki, iki hissəli tragikomik misteriyanın premyerası 2014-cü il sentyabrın 19-da keçirilib.