Türkiyədə "canlı bomba" hücrələrinin rəhbəri özünü partladıb

© Photo : DHAHücre evi basılınca 'canlı bomba' kendini patlattı - Gaziantep
Hücre evi basılınca 'canlı bomba' kendini patlattı - Gaziantep - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçu qaçmaq imkanının olmadığını gördükdə üzərindəki partlayıcı qurğunu işə salıb.

BAKI, 16 okt-Sputnik. Turkiyənin Qaziantep şəhərində həyata keçirilən antiterror əməliyyatları nəticəsində ələ keçəcəyindən qorxan bir nəfər ozunu partladıb.

Sputnik Türkiyənin məlumatına görə, Qaziantep şəhərinin Burak məhəlləsindəki bir binada İŞİD terror təşkilatının bu region üzrə nümayəndəsi Mehmet Kadir Cabel zərərsizləşdirilib. Cabel Qaziantep bölgəsində terror aktlarının planlaşdırılmasına və "canlı bomba hücrələri"nin idarə edilməsinə məsul olub.

O, Şəhidkamil məhəlləsindəki bir evdə gizlənirmiş. Terrorçu qaçmaq imkanının olmadığını gördükdə üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində o özü ölüb. Digər "canlı bomba" isə sağ ələ keçirilib.

Əməliyyat zamanı evdə olan Cabelin həyat yoldaşı və iki övladı sağ-salamat şəhər Polis İdarəsinə aparılıb.

Şəhər valisi Ali Yerlikaya bu əməliyyata görə yerli polis təşkilatına minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün bundan öncə Qaziantep şəhərində Qaziantep Universiteti qarşısındakı küçədə evlərdən birində İŞİD terrorçusunun üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 3 polis şəhid olub, 4 suriyalı olmaqla, 8 nəfər yaralanıb.

Xəbər lenti
0