Hillari Klinton prezidentliyin bir addımlığındadır

© REUTERS / Brian SnyderDemokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Demokratlar partiyasının namizədi Donald Trampı 11 bənd üstələyir.

BAKI, 16 okt-Sputnik. ABŞ-da prezident seçkilərinə 3 həftə qalmış Demokratlar partiyasının namizədi Hillari Klinton Respublikaçılar partiyasından olan rəqibi Donald Trampı 11 bənd üstələyir.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu NBC kanalının keçirdiyi sorğunun nəticələri göstərib.

Araşdırma nəticəsində məlum olub ki, seçicilərin 48 faizi öz səslərini ABŞ-ın eks dövlət katibinə veriblər. Milyarder Donald Trampı isə 37 faiz seçici dəstəkləyib.

Digər namizədlərdən Hari Conson 7, Gil Stayn 2 faiz səs toplayıblar.
Sorğu 10-13 oktyabr tarixlərində keçirilib. Sorğuda ümumilikdə 1000 respondent iştirak edib.

Xəbər lenti
0