Elman Nəsirov: Türkiyə artıq ABŞ-ın davranışına adekvat reaksiya verməkdədir

© Sputnik / Murad OrujovElman Nəsirov, millət vəkili, politoloq
Elman Nəsirov, millət vəkili, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın PKK-nın Suriya qanadı olan qüvvələri dəstəkləməsini düzgün deyil

Elman Nəsirov: Son zamanlar Rusiya ilə Türkiyənin münasibətlərinin istiləşməsi təsadüfi deyil
"Son zamanlar ABŞ öz müttəfiqi Türkiyə ilə davranışında elə addımlar, jestlər edir ki, artıq bu, müttəfiqlik münasibətlərinin özünə kölgə salan cəhətlərdir", — Milli Məclisin deputatı, professor Elman Nəsirov Sputnik-ə açıqlamasında belə deyib.

O, xüsusilə indiki halda ABŞ-ın PKK-nın Suriya qanadı olan qüvvələri dəstəkləməsini düzgün hesab etmir: "Arqument gətirirlər ki, həmin qüvvələr İŞİD-ə qarşı döyüşürlər. Amma eyni zamanda, həmin qüvvələr PKK-nın tərkib hissəsidir. PKK-nın özü ABŞ-da məhz terrorçu təşkilat kimi tanınıb”.

E. Nəsirovun fikrincə, İraqdakı Türkiyə silahlı qüvvələrinin orada fəaliyyət göstərən beynəlxalq koalisiyanın tərkib hissəsi sayılmaması da Ankara-Vaşinqton münasibətlərinin anlaşılmaz məqamlarından biri kimi qiymətləndirilə bilər.

Xəbər lenti
0